• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 21.04.2018 23:24

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncə şəhərində yol nəqliyyat hadisəsi baş verib. Hadisə Gəncə-Şəmkir avtomobil yolunda baş verib. Gəncə şəhər sakini 35 yaşlı Qurban İsmayıllı idarə etdiyi “Mersedes” markalı avtomobillə Şəmkirdən Gəncə şəhərinə hərəkət edərkən, onun qarşısında 27 yaşlı Gəncə sakinin Qəmbər Mollayev idarə etdiyi “Mersedes”lə dönmə əməliyyatı edib. Nəticədə hər iki avtomobil toqquşub. Qəza zamanı Qəmbər Mollayev müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu