• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 21.04.2018 23:22

Samuxda avtomobil maneyə çırpılıb, sürücü xəsarət alıb

Samux rayonunda avtomobil qəzası olub. Hadisə rayonun Lüksenburq kəndində baş verib. Kənd sakini 38 yaşlı Elman Məmmədov idarə etdiyi “QAZ 24” markalı amtomobillə hərəkətdə olarkən idarə etmədən çıxaraq maneyə çırpılıb. Qəza zamanı sürücü xəsarət alıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir. Faktla bağlı araşdırma aparılır.

Zabit Vəliyev həkim – “Xəstə avtoqəza nəticəsində xəsarət alıb. Müayinələr zamanı sol bud sümüyünün açıq və yerdəyişmiş sınıqları aşkar edilib. Xəstəyə yardım göstərilib, gips aparılıb. Lakin xəstənin yaxınlarının öz istəyi ilə xəstəni özəl xəstəxanalardan birinə təxliyyə ediblər”.

 

Elnur Vahidoğlu