Daşkəsən rayon sakini hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Daşkəsən qəsəbə sakini 34 yaşlı Arzu Məmmədov rayonda çox mərtəbəli binanın dam örtüyünü təmir edərkən yıxılıb. O, dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Zabit Vəliyev həkim – “Aparılan müayinələr nəticəsində sağ baldır, sol bud, bilək, dirsək, bazu oynaqlarında çox saylı açıq və qapalı sınıqlar aşkarlanıb. Həmçinin bel nahiyyələrində, qabırğalarında da sınıqlar edilib. Xəstə ağır travmatik şok vəziyyətində gətirilib, yardım göstərilib. Müalicəsi davam edir”.
Elnur Vahidoğlu
- Baxış: 684