• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 21.04.2018 15:01

Gəncədə yol kənarları yaşıllaşdırılır

KepezTV Player

Gəncənin küçə və prospektlərində yol kənarları dekorativ ağac və gül kolları ilə gözəlləşdirilir. Yazın gəlişi ilə əlaqədar şəhər yaşıllaşdırma idarəsi bu işlərə Gəncənin qərb istiqamətindən girişindən başlayıb. Nizami, Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinə 3 mindən artıq gül kolları, 10 minə qədər dekorativ ağac əkilib. Əkilən ağaclar xaricdən gətirilsə də gül kolları yerli istixanalarda yetişdirilir. İlin əvvəlindən bu günədək ümumilikdə idarə tərəfindən şəhərin müxtəlif ərazilərinə 30 mindən artıq gül kolu, 50 minə yaxın ağac əkilib. İlin sonuna kimi 100 min ağacın əkilməsi nəzərdə tutulub. Yaşıllıq zolaqları aqranomlar tərəfindən mütəmadi nəzarətdə saxlanılır.