• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 20.04.2018 20:20

Ağstafada yük maşını yandırılıb

KepezTV Player

 Hadisə yaronun Eynallı kəndində baş verib. Kənd sakini Şükür Şükürova məxsus QAZ-53 markalı yük maşını gecə saatlarında alışmağa başlayıb. Avtomobil sahibi hadisədən xəbər tutana kimi maşına xeyli ziyan dəyib. Şükür Şükürovun dediyinə görə, yanğından bir qədər də gec xəbərləri olsaydı, alov yaxınlıqdakı evə də keçə bilərdi. O, həmçinin iddia edir ki, yanğını qəsdən Pənah Hüseynov adlı qonşusu törədib. Buna səbəb kimi isə bir neçə gün bundan qabaq həmin qonşuyla aralarında düşən mübahisəni əsas gətirir. Şükür Şükürov məsələ ilə bağlı polisə yazılı müraciət edib. Ağstafa Polisindən isə bildirildi ki, Şükür Şükürovun şübhəli şəxs kimi təqdi etdiyi qonşusu istintaqa çağırılaraq izahatı alınıb. Fakt araşdırılır.