• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2410
— 20.04.2018 14:55

Göygöldə Torpaqların Elketron Kadastr Uçot Sisteminin təqdimatı olub

KepezTV Player

Respublikada həyata keçirilən Torpaqların Elektron Kadastr işlərinin praktiki tətbiqi Göygöldə də həyata keçirilib. “Göygöl rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimatda uçot sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan danışılıb. Torpaqların uçotu işinin nəticəsi olaraq hazırda rayonun bələdiyyə hüdudları daxilində 57 min 439 hektar torpaq sahəsinin mövcudluğu müəyyən edilib. Bunun 13 min 667 hektarı dövlət, 29 min 381 hektarı bələdiyyə, 14 min 390 hektarı isə xüsusi mülkiyyətdədir. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 42 min hektara yaxını kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 12 min 590 hektarını əkin sahələri təşkil edir. Uçot işi nəticəsində hazırlanan Göygöl rayonunun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Təqdimatın sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. 

 

Natiq Hüseyn