Müasir beynəlxalq standartlara uyğun şirkətlərin səhmləşməsi, həmin şirkətlərin istiqraz vasitəsilə maliyyə vəsaitlərinin cəlb edilməsi Gəncədə qərb bölgəsinin sahibkarları ilə müzakirə edilib. Bu sahədə maaarifləndirmə işinin təşkili, eyni zamanda sahibkarları bu koorporativ idarəetmə üsullarına meylini artırmaq üçün təşkil edilən təqdimatlarda şirkətlərin maliyyə bazarlarına əlçatanlığının təmini suallarına cavab verilib. Şirkətlər müasir standratlara uyğun koorporativ idarəetmə standartlarını öz müəssisələrində nə cür tətbiq edə bilərlər? Onlar Bakı Fond Birjasının listinq məsləhət proqramına necə qoşula bilərlər? sualları da sahibkarlara cavab şəklində təqdim edilib. Azərbaycan Sahibkarlar Konfederasiyasının silsisə xarakterli tədbiri Gəncədən öncə Bakıda baş tutub, ölkəmizin digər bölgələrində də keçirilməsi planlaşdırılır.
Vüqar Zeynalov ASK-nın vitse-prezidenti: “Bu kiçik və orta sahibkarlıq sahəsində istehlak mallarının istehsalı strateji yol xəritəsinin hədəflərindən biri olan sahibkarların maliyyə əlçatanlığını artıran tədbirlərindən biridir. ASK bu tədbiri Maliyyə Bazarlarına Nəzarət Palatası və Bakı Fond Birjası ilə birlikdə təşkil edib. Məqsəd ucuz maliyyə mənbələrinə əlçatanlığın olması, eyni zamanda korporativ idarəetmənin inkişaf etdirilməsidir.
- Baxış: 1072