Gəncədə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib. İngilis, alman, fransız və rus dillərində keçirilən konfransda Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialından 222 tələbənin məruzəsi dinlənilib. Ölkədə aparılan gənclər siyasəti, o cümlədən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərin cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratdığına diqqət çəkilib. Bugünkü tədbirin də məqsədi yaradıcı və innovativ potensialı olan gənclərin üzə çıxarılması, onlara dəstək, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə baxımından imkan yaratmaqdır.
- Baxış: 3696