• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 20.04.2018 14:34

Gəncə Dövlət Universitetində mükafatlandırma mərasimi keçirilib

KepezTV Player

Gəncə Dövlət Universitetində müxtəlif yarış və müsabiqələrin yekunlarına əsasən uğurlu nəticələr göstərən tələbə və məktəblilərin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə debat yarışlarında şəhər üzrə 1-ci olan, eləcə də futzal üzrə respublika birinciliyində gümüş medala yiyələnən tələbələr təhsil ocağının rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif edilib. Yığıncaqda həmçinin biologiya və kimya fənləri üzrə olimpiadalarda yüksək nəticələrə imza atan 20 şagird də mükafatlandırıb. Tədbirin sonunda müəllim, tələbə və məktəblilər xatirə şəkli çəkdiriblər.

Orxan Cəfərzadə