• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 20.04.2018 13:34

Mübahisə qanla nəticələndi

KepezTV Player

Mübahisəni başladıqları kimi elə sözlə bitirməyə ya əqilləri, ya əqidələri imkan vermədi, sonda bıçağa əl atdılar. Paytaxtda və Sumqayıtda baş verən olaylarda üç nəfər sağlamlığından oldu. Cəlilabadda isə dava bir nəfəri xəstəxanalıq etdi. İndi hirsinə yenilib başqasının sağlamlığına zərər vuranlar qanun qarşısında cavab verməli olacaqlar.

Sabunçu rayonunda qanlı hadisə baş verib. Zabrat qəsəbəsndə 31 yaşlı Ramin Mirzəyevin tanımadığı şəxslə mübahisəsi düşüb. Bu zaman naməlum şəxs kəsici alətlə onun qarın nahiyyəsinə xəsarətlər yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Müayinələrdən sonra həyatı üçün təhlükə olmadığı bildirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Paytaxtın Nizami rayonunda gənc oğlanı sağrı nahiyəsindən bıçaqlayıblar. Fakt metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb. Mübahisə zamanı tanışı 20 yaşlı Nurlan Babayevə iki bıçaq zərbəsi vurub, daha sonra isə hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan zərərçəkənə tibbi yardım göstərilib. Sumqayıtda 22 yaşlı gənc bıçaqlanıb.10-cu mikrorayon ərazisində şəhər sakini Fuad Hacızadəyə naməlum şəxs iki bıçaq zərbəsi vurub. Yaralı Sumqayıt şəhər TTYX-a çatdırılıb və əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil. Cəlilabad rayonunda kütləvi dava baş verib. Suluçeşmə kəndində hələlik məlum olmayan səbəbdən düşən davada kənd sakini, 42 yaşlı Yusif Muradov xəsarət alıb. O, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkənin sözlərinə görə, onu tanıdığı şəxslər döyüb. Faktlar araşdırılır.