• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1150
— 20.04.2018 13:39

Sürücü möcüzə nəticəsində sağ qaldı

KepezTV Player

Daha bir qəza Şəkidə baş verib. Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki şəhər sakini 35 yaşlı Vüqar Əyyubovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb. Daha sonra zərbənin təsirindən maşın bir neçə dəfə aşıb. Sürücü döş qəfəsinin qapalı travması diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.