• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1520
— 19.04.2018 19:44

Goranboyda 400 min quş peyvəndlənəcək

KepezTV Player

Epizootik vəziyyətin sabit saxlanılmasına uyğun olaraq Goranboyda iri və xırda buynuzlu heyvanların peyvəndlənməsinə başlanılıb. Növbəlilik əsasında aparılan işlərə ilkin olaraq rayonun aran hissəsində mövcud olan təsərrüfatlarda başlanılıb. İri buynuzlular bruselyoz, nodulyar deormatid, xırda burnuzlulara isə qarayara, çiçək xəstəliyinə qarşı peyvənd vurulur. Məqsəd heyvanalar arasında kütləvi yayılabiləcək infeksiya və xəstəliklərin vaxtında aşakar olunaraq qarşısının alınmasına hesablanıb. Tədbirlər planına uyğun olaraq rayonda  peyvəndlənməyə 42 min baş iribuynuzluq, 230 min xırda buynuzlu heyvan cəlb olunub. Bu işlər yekunlaşdıqdan sonra rayonda 400 min quşun peyvəndlənməsinə başlanılacaq.

Elsəvər Hüseynov Goranboy Rayon Baytarlıq İdarəsinin rəisi:Bu ilin 2-ci rüb ərzində xırda buynuzlu heyvanaların qarayaraya qarşı aparılan pöroflkatik tədbirləri yekunlaşdırmağa planlaşdırmışıq. Eyni zamanda çiçək xəstəliyinə qarşı aparılan işlər 2-ci və 3-cü rüb ərzində davam etdiriləcəkdir. İribuynuzlular arasında nodulyar dermotitə qarşı aparılan peyvəndləmə yaxın zamanalarda yekunlaşacaqdır. Hazırda heyvanalar arasında heç bir infeksion xəstəlik qeydə alınmayıb və epozoodik durum Goranboy rayonunda sabittdir.