KepezTV Player
Gəncədə növbəti dəfə Qarabağ Əlilləri və şəhid ailələrinin üzvlərinin problemləri dinlənilib.60-dan artıq vətəndaşın şikayətini dinləyən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə əsasən dərman vasitələti ilə təminat, müalicə məqsədi ilə kurort və sanatoriyalara göndərişlərlə, fərdi yaşayış mənzilinin təmiri ilə bağlı müraciətlər edilib.Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin rəhbərlərinin də iştirak etdiyi görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin tez bir zamanda həll edilməsi ilə bağlı tapşırıqlar verilib. Onlardan bir qisminin Naftalandakı sanatoriyalara göndərilməsi məsələsi həllini tapıb.
- Baxış: 1159