Əldə edilmiş məlumat əsasında Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının paytaxtda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini Eşqin Nəzərovdan çəkisi 5 kiloqram 150 qram marixuana götürülüb. Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri də nəticəsiz qalmayıb. Suqovuşan kənd sakini Emin Qasımova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Emin Qasımov istintaqa təhvil verilib. Abşeron polisi isə Novxanı qəsəbəsində əməliyyat keçirib. Narkotik vasitələrin satışı və qəbulunda şübhəli bilinən Sumqayıt sakini Hicran Əliyev saxlanılıb. Onun üzərində heroin aşkar edilib. Araşdırma zamanı müəyyən olunub ki, əvvəllər iki dəfə məhkum edilmiş Hicran Əliyev Novxanı qəsəbəsində narkotik maddələrin satışı ilə də məşğuldur.
Hicran Əliyev saxlanılan şəxs: Novxanıda gedəndə iki nəfər mənə yaxınlaşdı, dedilər bizimlə polisə gedəcəksən. Sol cibimdə bir büküm heroin var idi. Özümə məxsus idi. Tanımadiğim adamdan almışdım''.
Əməliyyatçılar Novxanı qəsəbəsində daha bir nəfəri də narkotik vasitə ilə saxlayıblar. 50 yaşlı Məhərrəm Babayev narkotik aludəçisi olduğunu və onu tanımadığı adamdan aldığını deyib.
Məhərrəm Babayev saxlanılan şəxs :'' Cibimdən çıxıb, özüm üçün idi, satan deyiləm. Xəstəyəm də. 5-6 il olar''.
Hər iki faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb.
- Baxış: 923