• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1647
— 19.04.2018 13:45

1 nəfər öldü, 6 nəfərsə xəstəxanadadır

KepezTV Player

Abşeron rayonu Digah qəsəbəsində Mehdiabad qəsəbə sakini Aydın Kərimov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Səməd Arazı vurub. Piyada hadisə yerində ölüb.

Bakının Suraxanı rayonu Əmircan qəsəbəsində də yol-nəqliyyat hadisəsi baş verib. 23 yaşlı Şahin Səfərovu yolu keçmək istəyən zaman avtomobil vurub. Sürücü yaralını hadisə yerində oradan uzaqlaşıb. Gənc təcili tibbi yardım maşını ilə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

21 yaşlı Hüseyn Orucov, 24 yaşlı Türkanə Həsənova və 19 yaşlı bacısı Turanə Həsənovanı Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində yolu keçmək istəyən zaman yük avtomobili vurub. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Polisin ilkin ehtimalına görə, hadisəyə sürücünün sükan arxasında yuxulaması və qəfil qarşısına çıxan piyadaları görməməsi səbəb olub.

Şamaxıda şəhər sakini, 10 yaşlı Mehdi Məlikov yolu keçərkən avtomobil onu vurub. Ayağından ağır xəsarət alan uşaq Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ağdaş rayonunun Şəkili kənd sakini, 10 yaşlı Məhəmməd Eyyubovu isə oxuduğu orta məktəbin qarşısında avtomobil vurub. Başından ağır xəsarət alan Məhəmməd İRayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Hər üç faktla bağlı araşdırma aparılır.