• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2063
— 18.04.2018 14:27

Şəmkirdə bu ilin birinci rübünün yekunları müzakirə olunub

KepezTV Player

Şəmkirdə 2018-ci ilin ilk üç ayı ərzində 1494 yeni iş yeri açılıb ki, analoji dövr ilə müqayisədə kənd təsərrüfatında istehsal artıb. Rayonda abadlıq-quruculuq işləri davam etdirilib. Xəstəxana kompleksinin və evləri qəzalı vəziyyətdə olan sakinlər üçün inşa olunan çoxmənzilli yaşayış binasının inşası sürətlə aparılır. Şəmkirdə bu ilin ilk üç ayının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayonda sənaye və tikinti sahəsində görülən işlərdən də danışılıb. İclasda rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlər də hərtərəfli təhlil olunub, lazımi tapşırıq və tövsiyələr verilib.

Natiq Hüseyn