Samuxun Gürcüstanla sərhəddə yerləşən Burunqovaq kəndində yeni məktəb binası istifadəyə verilib. Rayonda təhsilin inkişafı istiqamətində növbəti addım olan məktəbin tikintisi Təhsil Nazirliyinin sifarişi ilə ərsəyə gəlib. 80 yerlik olan modul tipli təhsil ocağında 54 şagird təhsil alır. Fənn kabientləri ilə yanaşı kompyuter otağı da olan məktəbdə şagirdlərin normal təhsil alması üçün hər cür imkan yaradılıb. Bununla da rayonda fəaliyyət göstərən 35 məktəbdən 80 faizı yenilənib. Bu il Sərkar kəndində və İnstitut qəsəbəsində yeni məktəb binasının tikintisi, Ziyatlı kəndində isə mövcud binanın əsaslı təmiri nəzərdə tutulub. Ucqar ərazilərdə modul tipli məktəb binalarının istifadəyə verilməsi təhsilin inkişafına töhfə olaraq qiymətləndirilib.
Ümüd Nurməmmədov – şagird: Məktəbimiz çox kötü vəziyyətdə idi. Yağış yağanda su olurdu. Məktəb soyuq olurdu. İndiki məktəb çox yaxşıdır. İndi məktəbə gəlib-gedirik. Çox yaxşı oxuyuruq.
Anar Qocayev - Burunqovaq kənd ümumi orta məktəbinin direktoru: Bu gün bizim kənddə yeni modul tipli məktəbin açılışını qeyd edirik. Əvvəllər bizim məktəb binamız acınacaqlı vəziyyətdə idi. Bu gün isə müasir tələblərə cavab verən bir bina tikilib şagirdlərin istifadəsinə verildi. Bu gündən sonra biz pedoqoji kollektiv olaraq təhsili daha yüksək səviyyəyə qaldırmağa çalışcağıq.
Natiq Hüseyn
- Baxış: 1190