• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 18.04.2018 13:24

Yanacaqdoldurma məntəqəsinə basqın edənlər yaxalandı

KepezTV Player

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər tutulub. Oyuncaq tapançalarla hədə-qorxu gəlib başqasının puluna göz dikənlərin oyunu yarımçıq qalıb.

Paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən 3 nəfəri tapança ilə hədələyib və onlardan 867 manat pul alaraq ərazini tərk ediblər. Hadisə anı müşahidə kamerasına da düşüb.Məlumat daxil olan kimi dərhal Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıb. Həsən Mansurovun yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapançalar və maskalar aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.