• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 18.04.2018 13:10

Davalar bıçaqlanmalarla nəticələndi

KepezTV Player

Neftçalanın Xolqarabucaq kənd sakinləri ilə Salyanın Şorsulu kənd sakinləri arasında kütləvi dava düşüb. Nəticədə Xolqarabucaq sakini 30 yaşlı Vüsal Quliyev, Qırmızıkənd sakini 33 yaşlı Valid Əsgərov və Şorsulu kənd sakini 24 yaşlı Baba Mirzəyev bıçaqlanıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hər üçü əməliyyat olunaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Lənkəran rayonunun Girdəni kəndində də dava zamanı bıçaqlanma hadisəsi baş verib. Ləj kənd sakini 42 yaşlı Vaqif Əliağayev qulaq nahiyəsinin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hadisə Vaqif Əliağayev qonaq getdiyi Girdəni kəndindən geri qayıdan zaman olub. O, yolunu kəsən 3 sərxoş kişi ilə mübahisə, ardınca isə dava edib. Bu zaman onlardan biri bıçaqla kişiyə hücum çəkib. O, müdafiə olunmaq istədikdə xəsarət alıb. Samux sakini isə Gəncədə bıçaqlanıb. Hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. 27 yaşlı Firuz Abbasov 36 yaşlı Sərxan Mirzəyevlə mübahisə edib. Sonda ona xəsarət yetirib. Bıçaqlanan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Firuz isə saxlanılıb.

Bakının Nizami rayonunda 20 yaşlı Nurlan Babayev tanıdığı şəxslə dava edib. Nəticədə onun ayağına iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya aparılıb. Faktlarla bağlı araşdırma aparılır.