• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1562
— 18.04.2018 11:01

Microsoft uşaqlar üçün oyun xalçası hazırladı

Microsoft şirkətinin mütəxəssisləri tərəfindən Project Zanzibar adlı texnologiya hazırlanıb. Yeni texnologiya fiziki obyektləri identifikasiya etməyə və izləməyə imkan verən kiçik elastik xalçadan ibarətdir. Zanzibar uşaqlara öz oyuncaqlarını fiziki reallıqdan rəqəmsal dünyaya "daşımağa" və onların səsli, vizual və digər xüsusi effektlər sayəsində necə canlandığını görməyə imkan verir.

Xalça fərdi kompüterə və ya planşetə qoşulduqdan sonra qurğu tərəfindən qəbul edilən obyektin təsviri ekranda görünür. Xalça üzərində bir neçə obyekt olduqda Zanzibar hər bir predmetin yerdəyişməsini izləyir və onları dəqiqliklə müəyyən edir.