• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1977
— 17.04.2018 17:03

AzMİU-nun nümayəndə heyəti Gəncədə görüş keçirib

KepezTV Player

Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti təbliğat-təşviqat kampaniyası çərçivəsində bölgələrdəki orta təhsil məktəblərində 11- ci sinif şagirdləri ilə görüşlər keçirilər. Növbəti görüş bu gün Gəncədə olub.

Gəncə şəhər 27 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseydə baş tutan görüşdə şagirdlərə universitetin tarixi, bu günü, fakültə və ixtisasları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. 1975-ci ildə fəaliyyətə başlayan Azərbaycan Memarlıq və İnşaat Universitetində hazırda 10 fakultədə tələbə hazırlanır.

Zəngin maaddi-texniki bazaya malik olan ali təhsil müəssisəsi “elektron universitet” modeli əsasında fəlaiyyət göstərir. Universitetin nəznində İnşaat Kolleci və texniki təmayüllü Lisey də tələbə və şagirdlərin ixtiyarındadır. Burada tədris Azərbaycan, Rus və İngilis dillərində aparılır.

Görüşlərin keçirilməsində məqsəd abiturientlərə universitet haqqında ətraflı məlumat verərək, düzgün seçim etmələrinə yardım göstərməkdir. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri Şəmkirdə olacaqlar.