1997-ci ilin 10 aprel tarixində düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayaraq sona qədər döyüşüb şəhid olan 7 xüsusi təyinatlı döyüşçümüzün ölümündən 21 il ötür. Şəmkir Heydər Əliyev mərkəzində həmin şəhidlərdən olan Dinar Mustafayevin xatirəsi anılıb. Millət vəkilləri, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmilərinin, rayon ictimaiyyətinin qatıldığı tədbirdə döyüşçülərimiz mühasirədə olmaqlarına rəğmən düşmənlə mərdliklə mübarizə apardıqlarına diqqət çəkilib. Lakin qeyri-bərabər döyüşdə düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. Və 8 nəfər heyətdən ibarət qrupun 7 üzvü şəhid olur. Şəhidlərin hər biri ulu öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Tədbir vətənə, orduya aid şer və mahnılarla davam edib. Sonda iştirakçılara Aidə Eyvazlının nəşr etdiyi “Qalibiyyət, Şahidlər və Şəhidlər” kitabı təqdim olunub.
Firəngiz Mustafayeva şəhidin anası: Torpaqlarımız alınsın. Şəhidlərimizin qanı yerdə qalmasın. Şəhidlərimiz qayıtmayacaq. Ancaq onlar qan tökdüyü torpaq qayıdar. Biz şəhid analarının arzusu torpaqlarımızın alınmasıdır.
Sona Əliyeva millət vəkili: Dinar kimi digər qəhrəmanlarımızın göstərdikləri şücayətlər unudulmasın deyə belə tədbirlərin davamlı olmasını arzu edirik. Dinar Mustafayevin həm Şəmkirdə həm Sumqayıtda həmdə Azərbaycanın digər bölgələrində adının əbədiləşdirilməsi və onun unudulmaması üçün əlimizdən gələni çalışırıq edək.
Qənirə Paşayeva millət vəkili: Bizim üçün ən önəmli məsələ ölkəmiz millətimiz üçün torpaqlarımızı işğaldan azad etməkdir. Torpaqlarımızın işğaldan edilməsi üçün hər bir Azərbaycanlı hər bir Azərbaycan gənci azərbaycanın könüllü əsgəri olmalıdır.
Natiq Hüseyn
- Baxış: 2112