• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2271
— 17.04.2018 14:36

Türkiyədə evdə azərbaycanlı qadının meyiti tapılıb

KepezTV Player

Türkiyənin cənub-qərbində olan Dənizli vilayətinin Pamukkale rayonunda yaşayan azərbaycanlı qadının meyiti evində tapılıb. 33 yaşlı Türkay İsayevanın qonşuları mənzildə meyit olması barədə polisə müraciət ediblər. İki uşaq anası olan qadının döyülərək öldürüldüyü bildirilir. Ölümün səbəbinin dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib. Polis əməkdaşları binadakı təhlükəsizlik kamerasının görüntülərinə baxıb. Binanın sakinləri meyitin tapıldığı mənzildə çox vaxt dava-dalaş olduğunu, orada gecə klubvlarında işləyən qadınların yaşadığını deyiblər. Hazırda cinayətin kim tərəfindən törədildiyi və həmin şəxsin saxlanılması istiqamətində iş başladılıb.