KepezTV Player
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, habelə üzrlü səbəbdən martda keçirilən buraxılış imtahanlarının birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları imtahan verib. Gəncədə 2 binada təşkil olunan imtahanda 856 nəfər iştirak edib. İmtahanların idarə olunması üçün 6 imtahan rəhbəri, 75 nəzarətçi müəllim ayrılıb. İmtahanda bir nəfər gözdən əlil şagird də iştirak edib ki, onun da sualları cavablandıra bilməsi üçün xüsusi şərait yaradılıb. Şagirdlərə ana dili və riyaziyyatdan ümumilikdə 40 sual təqdim olunub ki, onların da cavablandırılmasına 2 saat vaxt ayrılıb.
- Baxış: 889