Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun oyunları keçirilib. Turun açılış matçı Gəncədə reallaşıb. “Kəpəz” doğma meydanda çempionatın lideri “Qarabağ”la qarşılaşıb. Rəqibin adından çəkinməyən ev sahibləri açıq futbol nümayiş etdiriblər. Maraqlı mübarizə şəraitində keçən oyunda hesab 23-cü dəqiqədə açılıb. Qonaqlardan Ramil Şeydayev dəqiq zərbə ilə komandasını önə keçirib. Bu, gənc hücumçunun çempionatda ilk qolu olub. Hesabda geri düşdükdən sonra “sarı-göylər” vəziyyəti düzəltmək üçün irəli atılıblar. Amma bərabərlik qolunu vurmaq mümkün olmayıb. Beləliklə görüşün taleyini bir qol həll edib. Ağdam klubu yeganə məhsuldar zərbə ilə qələbə qazanıb - 0:1.
XXIII tur
“Kəpəz” – “Qarabağ” 0:1
Qol: Ramil Şeydayev, 23
14 aprel 2018.Saat 16:00.Gəncə şəhər stadionu. 8000 tamaşaçı
Azad Rəfi
- Baxış: 1013