• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 16.04.2018 11:03

Toyota Priusa spirtlə şütüməyi öyrətdilər

Toyota şirkəti Prius modelinin bazasında hibrid prototip ortaya çıxarıb. O, həm adi benzin, həm də qamışdan olan bioetanolla işləmək qabiliyyətindədir. Avtomobili Braziliyanın San-Paulu şəhərində təqdim ediblər. Toyota rəsmiləri yeni spirtlə şütüyən əl işlərinin hibrid gücü barədə heç nə demək istəmirlər. Aqreqatlar adi Prius modelinin 1.8 litrlik benzin motoru və elektromoru ilə təchiz olunub. Ümumi güc 122-yə bərabərdir. Yaponlar spirtlə işləyən Prius vasitəsilə hibrid maşınları Braziliyada populyarlaşdırmaq və nəticədə emissiya tullantılarını minimuma endirmək niyyətindədirlər.