Bu günə xəbərlərin oxunma sayı: 943
— 16.04.2018 11:02

NASA Ayda virtual tur təşkil etdi

ABŞ-ın kosmik uçuşlar mərkəzi olan NASA Goddard Aya virtual tur təşkil edib. Videoçarx Lunar Reconnaissance Orbiter (LRO) süni peykinin 2000-cu ildəki görüntüləri əsasında hazırlanıb. Burada yer kürəsinin təbii peykinin bir neçə görkəmli yerlərini, o cümlədən Tixo kraterini, parlaq Aristarx kraterini, Apollon-17 kosmik gəmisinin eniş yerini, həmçinin Ayın şimal və cənub qütblərini görmək olar.