• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1930
— 16.04.2018 06:00

3 fərqli məkanda yanğın hadisəsi qeydə alınıb

KepezTV Player

Gəncənin Atatürk prospektində 5 mərtəbəli iki yaşayış binasında yanğın olub. Sahəsi ümumilikdə 60 kv metr olan zirzəmilərə yığılan məişət tullantıları alışıb. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 4 avtomobili, 24 canlı qüvvəsi əraziyə cəlb edilib. Binanın birinci mərtəbəsində yaşayan 6 sakin təxliyyə olunub. Alov söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Saatlı rayonunun Qarayevkənd kəndində ümumi sahəsi 220 m2 olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 220 m2 sahədə, 4 otağı və mətbəxi 140 m2 sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar alov mühafizə olunub. Yevlaxda da yanğın qeydə alınıb. Uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaq alışıb. Hadisə nəticəsində yataq dəstləri yararsız hala düşüb. FHN əməkdaşları alovu söndürüblər.

Nurlana Ələkbərova sakin – “Qardaşım qızı zəng elədi ki, yanğın baş verib. Məndə gəldim. Yanğın zirzəmidə olub. Bir qonşudan o biri qonşuya keçib. Qəsdəndi, keçən dəfə də yanıb indi də yanıb”.

Elnur Vahidoğlu