• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 14.04.2018 13:45

Gəncədə tələbələr yaradıcılıq festivalına qatılıb

KepezTV Player

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan bədii yaradıcılıq festivalının Gəncə üzrə seçim turu baş tutub. Seçim turunda şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssiləri ilə yanaşı bölgələrdən olan xüsusi istedadlı gənclər də iştirak edib.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə tələbələr arasında bədii yaradıcılıq festivalının keçirilməsi artıq ənənə halını alıb. May ayında Bakıda təşkil olunacaq respublika festivalının Gəncə üzrə seçim turuna Azərbaycan Texnologiya Universtetindən başlanılıb. Çıxışlar incəsənətin estrada, aşıq musiqisi, xor, rəqs və bədii qiraət kimi müxtəlif sahələrini əhatə edib.

Baba Vəziroğlu əməkdar incəsənət xadimi, şair: Ümumiyyətlə tələbələr arasında bədii öz fəaliyyətin inkişaf etdirilməsi çox mühüm və önəmli bir məsələdir. Son illər ərzində bizim keçirdiyimiz müsabiqənin qalibləri həm də dünya musiqi yarışlarının qalibləri olublar. Yəni bir çox profisionallar məhz ilkin olaraq öz fəaliyyət kollektivlərində yetişirlər.

Gəncə Dövlət Universtetində də xüsusi istedada malik tələbələrin çoxlıuğu diqqət çəkib. Artıq ənənə halını alan festivalın keçirilməsində məqsəd tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli-adət ənənələrimizə hörmət, bədii-estetik ruhda tərbiyə etməkdir. Bununla yanaşı, festival Azərbaycanın bölgələrində yaşayan və incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gənclərin üzə çıxarılmasına şərait yaradır.

Nailə Mirməmmədli əməkdar incəsənət xadimi, bəstəkar: Elə tələbələrə rast gəlirik ki, tamamilə başqa fakultələrdə təhsil alırlar. Amma musiqiyə incəsənətə şeryata rəqsə böyük həvəslə cəlb olunurlar. Buda o deməkdir ki gənclərimizin gün-güzaranı daha yaxşıdır və onlar özlərini buradad sınamaq istəyirlər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunan ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalına Azərbaycan Dövlət Aqrar Universtetində yekun vurlub. Ötən illərdən fərqli olaraq bu dəfə peşə liseyləri və kolleclərin tələbələri də seçim turunda iştirak edib. Müsabiqənin final mərhələsi may ayında Bakıda reallaşcaq.

Natiq Hüseyn