Bu günə xəbərlərin oxunma sayı: 1240
— 14.04.2018 13:43

Goranboyda orduya təntənəli yola salınma mərasimi keçirilib

KepezTV Player

Goranboy rayonundan olan gənclər də təntənəli mərasimlə hərbi xidmətə yola salınıb. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən çağırışçılar ulu öndərin adnı daşıyan mərkəzdə Heydər Əliyevin ictimai, siyasi  fəaliyyətini əks etdirən bölmələrlə tanış olublar. Vətənə xidmətin hər bir gənc üçün müqəddəs borc olduğuna diqqət çəkən natiqlər onlara vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyyə ediblər. Günü-gündən öz döyüş qabiliyyətini artıran Azərbaycan ordusunun, əsgər və zabitlərimizın şücaəti nəticəsində işğal altındakı torpaqlarımızın azad ediləcəyi bildirilib. Bayram ab-havalı tədbirdən sonra çağırışçılar üçrəngli Azərbaycan bayrağının altından keçərək hərbi hissələrə yola düşüblər.

Əmrah Salmanov valideyn: Qarabağ döyüşlərində iştirak etmişəm. Bu gün ikinci oğlumu hərbi xidmətə yola salıram. Bütün Goranboylu hərbiçilərə uğurlar arzulayıram.

Valeh Məmmədov çağırışçı: Fəxr edirəm ki Azərbaycan dövlətinə xidmətə gedirəm. Mən öz hərbiçi yoldaşlarıma uğurlar arzulayıram. Sağ gedib-salmata qayıdaq. Qismət olsun üçrəngli bayrağımızı Qarabağda sancaq.

Natiq Hüseyn