"Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılmasının mövcud vəziyyəti, qarşıda duran vəzifələr, layihənin icrasında digər qurumlarla yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin potensial imkanlarından istifadə Gəncədə müzakirə edilib. Aeroşəkillər və peyk təsvirləri əsasında ölkə ərazisinin yeni ortofoto xəritələrınin tərtib edilməsi, informasiya sistemlərinin tətbiqi və məlumatların idarə olunması barədə danışıb. Universitetin yeqruluşu və informasiya texnologiyaları kafedralarının müasir avadanlıqlarla və proqramlarla təminatı, beynəlxalq səviyyəli layihələrin icrası "Elektron kənd təsərrüfatı" informasiya sisteminin komponentlərinin uğurla icrasına dəstək baxımından əhəmiyyətli hesab edilib. Sistemin məlumat bazasının formalaşdırılması üçün tələblər, bu istiqamətdə universitetlə əməkdaşlıq imkanları, o cümlədən müvafiq sahə üzrə mütəxəssislərin, bakalavrların, magistrantların, doktorantların prosesə cəlb edilməsi və onlara təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.
- Baxış: 1179