KepezTV Player
"Zəfər tağı"nın qarşısında baş tutan mərasimdə şəhərin Kəpəz rayonunda qeydiyyatda olan və çağırış yaşı çatan gənclər ordu sıralarında xidmətə göndərilib. Ölkədə ordu quruculuğu, silahlı qüvvələrin maddi-texniki imkanlarının artırılması, arsenalın müasir silah-sursatlarla təminatının yaxşılaşdırılması tədbirdə diqqət mərkəzində olub. Xidmətdə yaradılan möhkən nizam-intizam tədbirləri isə gənclərin orduya marağını artırıb. Hərbi xidmətin hər bir gənc üçün vətəndaşlıq borcu olduğu bildirilib, vətənin keşiyində ayıq - sayıq dayanmaq, komandirlərin tapşırlarını yerinə yetirmək çağırışçıları tövsiyyə olunub. Dövlət bayrağının altından keçən gənclər xüsusi avtobusla təyinat məntəqəsinə yola salınıb.
- Baxış: 1168