• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 13.04.2018 13:06

Avtomobil dirəyə çırpıldı, dərəyə aşdı

KepezTV Player

Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib."VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.Yoldan çıxan maşın 2 metr çökəklikdə yerləşən ağaclıq ərazidə müxtəlif maneələrə dəyərək 20 metrə qədər hərəkət etdikdən sonra dayanıb. Nəticədə avtomaşında olan 4 nəfər Masallı rayon Kalinovka kənd sakini xəsarət alıb.Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə nisbətən yüngüldür. Faktla bağlı araşdırma aparılır.