• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 13.04.2018 11:02

Tənhalıqdan əziyyət çəkənlərə bu robot kömək edəcək

Cənubi Koreya mühəndisləri sosial cəhətdən təcrid olunmuş insanların tənhalıq hissinə son qoymağa və onlara dostlar tapmağa imkan verən robotlar yaradıblar. Unikal texnikanın işi ev sahibinin evində səslərin toplanılması və analizindən, emal olunmuş informasiyanın sosial təcrid olunmuş digər insanların robotlarına ötürülməsindən ibarətdir. Robotlar arasında əlaqənin insani münasibətlərin qurulmasına və tənha insanların sayının azalmasına xidmət edəcəyi nəzərdə tutulur. Koreya mühəndislərinin ərsəyə gətirdikləri robotlaşdırılmış qurğunun korpusu formasına görə pişik bədənini xatırladır. Texnikanın mərkəzi hissəsində emosiyalı gözləri göstərən ekran yerləşir. Bundan başqa, sosial təcrid olunmuş insanlar üçün robot mikrofon və temperatur, səs, işıqlandırma, məsafə ötürücüləri ilə təchiz olunub. Gündəlik işlərlə məşğul olmaqla tənha insanlar tanımadıqları, lakin ruhən yaxın şəxslərin həyatı haqqında maraqlı faktlar öyrənəcəklər. Mütəxəssislərin fikrincə, gələcəkdə robot istifadəçiləri sosial təcriddən uzaqlaşaraq canlı ünsiyyətə keçə biləcəklər.