• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 13.04.2018 11:01

Çinlilər 3D-printerdə çap olunan ilk avtomobilin istehsalına başlayırlar

X Electrical Vehicle adlı firma ilk dəfə 3D-printerdə çap olunmuş avtomobilin buraxılışı barədə anons yayımlayıb. Prototip 2019-cu ildən tez istehsal olunmayacaq. Maşının şassi, şüşə, şinlər və güc sistemindən başqa bütün detalları 3D-printerdə çap ediləcək. Kuzov panelləri, daha elastik və dözümlü detallarla isə Polymaker Şanxay şirkəti məşğul olacaq. Bamperin çapı üçün 4 saat, dam üçün 5, qapılar üçün 8, alətlər panelinin çapı üçün isə 10 saat vaxt lazımdır. Avtomobil birdəfəlik enerji ilə 150 kilometr məsafə gedə bilir. 450 kiloqramlıq avtomobilin ən yüksək sürəti saatda 70 kilometrdir. Buraxılış Çində olacaq. Dəyəri isə 9,5 min dollar təşkil edəcək. Deyilənə görə, artıq indidən 7 000 sifariş qəbul olunub. Şirkət ilk ildə hələlik bu tip maşından 500 ədəd hazırlaya biləcək.