• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 12.04.2018 13:46

18 kiloqramdan artıq narkotik vasitə müsadirə olundu

KepezTV Player

Xarici ölkələrdən gizli yollarla Azərbaycana narkotik vasitələrin keçirilməsi hallarının qarşısının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. 18 kiloqramdan artıq narkotik vasitə müsadirə olunub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında Biləsuvar rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində Şirvan şəhər sakini Xəyal Dəmirov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 18 kiloqram 120 qram çəkidə narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb. Dəmirovla aparılan sorğu zamanı  müəyyən edilib ki, o təxminən bir ay əvvəl sosial şəbəkədə özünü “Səxavət” kimi təqdim edən İran vətəndaşı ilə tanış olub. Daha sonra həmin şəxs Xəıyal Dəmirova istintaqa məlum olmayan şəxslər vasitəsilə külli miqdarda tiryək göndərəcəyini deyib və narkotik vasitənin satışının təşkil olunmasında ondan köməklik istəyib. Razılıq əldə olunandan sonra aprelin 9-da “Səxavət” adlı şəxs Dəmirovla əlaqə saxlayaraq narkotik vasitənin Ələt-Astara magistralının sağında əvvəlcədən müəyyənləşdirdikləri yerdə gizlədildiyini bildirib.  İstintaq zamanı aydınlaşıb, Xəyal tiryəki 40000 ABŞ dollarına satıb pulunu hissə-hissə “Səxavət” adlı şəxsə göndərməli imiş. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.