• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2351
— 12.04.2018 16:17

Gəncənin qəsəbələrində daxili yollar təmir olunur

KepezTV Player

Gəncədə şəhərin Gülüstan qəsəbəsində daxili yolları təmir olunur. Yeni yaşayış massivini Gəncə-Göygöl avtomobil yolu ilə birləşdirən 1200 metrdən çox olan yol yenidən qurulur. Eni 12 m olacaq yol yatağı hamarlandıqdan sonra asfaltsalama işlərinə başlanılacaq. Yol kənarları şəhərin ümumi arxitektur görnüşünə uyğun olaraq abadlaşdırılacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq. Yaşayış massivində kommunal xətlərin yenilənməsi də aparılır.

Qaçay İsmayılov sakin: 93-cü ildən məcburi köçkün kimi buraya. 15 ildəndə çoxdur ki, bu küçədə yaşayıram. Bu küçələrin vəziyyəti pis idi. Indi şükür olsun ki, yaxşı abadlaşdırırlar. 

Talıb Məmmədov sakin: Demək olar ki, ağ günə çıxmışıq. Bu yol tamamilə pis vəziyyətdə idi.  Görülən bu işlərə ürəkdən hamımız  çox sağ ol deyirik.