• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 12.04.2018 16:02

“Yanmamaq” üçün qızıl-zinət əşyalarını oğurlamadım - şəmkirli oğru

KepezTV Player

Şəmkirdə “humanist” oğru peyda olub. Həmin şəxs sahibsiz evlərə qanunsuz daxil olaraq oradan pul və qiymətli əşyalar oğurlayıb. Ancaq qarşısına çıxan qızıl-zinət əşyalarına dəyməyib. Səbəbi qarşıdakı süjetdən biləcəksiniz.

Ülvi ismayılov saxlanılan şəxs: Sandığın qıfılını qırdım. Sellofan torbanın içərisində dəsmalın arasında qızıl da var idi, götürmədim. Çünki onda yanmaq ehtimalı çoxdur.

Ülvi İsmayılov rayon sakini Elçin Əmiraslanovun mənzilindən oğurluq etdikdən sonra ələ keçib. Onun İlkin İlyasovun 300 manat nəğd pulunu, eləcə də İdris İmanovun evindən 1000 manat pul və bir ədəd televizor oğurladığı da müəyən edilib.

Ülvi İsmayılov saxlanılan şəxs: Pəncərəni sındırıb içəri girmişəm. televizoru götürmüşəm. Döşəyin altında da 270 manat olub. Onu götürüb çıxmışam. 

Əvvəllər 10 il məhkumluq həyatı yaşayan Ülvi İsmayılov əldə etdiyi pulla şəxsi ehtiyaclarını ödədyini deyib.

Ülvi İsmayılov saxlanılan şəxs: Evin ehtiyacını ödəmişəm. Kirayədə yaşyıram. Kirayə vermişəm kommunal xərclərə vermişəm.

Ülvi İsmayılovun digər cinayətlərdə əlinin olub-olmaması istiqamətində araşdırmalar davam etdirilir.

Natiq Hüseyn