• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 878
— 12.04.2018 14:11

Oğurluq faktlarının üstü açıldı

KepezTV Player

Bakıda bir neçə oğurluq faktının üstü açılıb. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Bakı şəhər sakini olan 1 qadının çantasından 100 manat və 100 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Qəribağa Xəlilov saxlanılıb. Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 10-da Samran Qədirova məxsus “Toyota” markalı avtomobildən 500 manat dəyərində qızıl boyunbağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rüstəm Rüstəmov yaxalnıb. Hər iki fakt araşdırılır.