• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1142
— 12.04.2018 13:44

Göygöllü gənclər vətənin müdafiəsinə yollanıb

KepezTV Player

Göygöldə gənclərin həqiqi hərbi xidmətə yola salınması əsl bayrama çevrilib. Çağırışçı gənclər yolasalınma mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Gənclər həmçinin Heydər Əliyev mərkəzində ulu öndərin içtimai, siyasi  fəaliyyətini əks etdirən bölmələrlə tanış olublar. Yolasalma mərasimində çıxış edənlər çağırışçı gəncləri təbrik edərək, müstəqil Azərbaycanın milli ordusunda xidmət etməyin ən böyük şərəf olduğunu bildirib. Azərbaycan ordusunun güclü maddi texniki bazaya malik olduğu və hərbi hissələrdə şəraitin daha da yaxşılaşdığı diqqətə çatıdırılıb. Natiqlər həmçinin milli ordumuzun güclü və sülhsevər bir güc struktur olduğunu söyləyib. Çağırışçılar komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirəcəklərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına söz veriblər. Rəsmi hissədən sonra həqiqi hərbi xidmətə çağırılan gənclər dövlət bayrağımızı öpərək, sədaqət andı içdilər. Şən mahnı və rəqslərlə davam edən tədbirdən sonra çağırışçılar hərbi hissələrə yola düşdülər.

Yasəmən Hüseynova valideyn: Bu gün övladımı hərbi xidmətə yola salıram. Arzu edirəm ki ölkəmizdə əmin-amanlıq olsun. Övladlarımız sağ-salamat gedib gəlsin. Vətənimizin keşiyində mərd-mərdanə dayanaq.

Zabir Vəliyev çağırışçı: Çox sevincliyəm. Əsgər yoldaşlarıma məsləhət görürəm ki vətənin keşiyində işid əsgər kimi daynasınlar. Arzu edirəm bayrağımızı Qarabağımızda Şuşada dalğalandıraq.

Natiq Hüseyn