101 saylı Göygöl-Daşkəsən və 102 saylı Samux-Şəmkir seçki dairələri üzrə seçicilər öz istədikləri namizədə səs verirlər. Seçkilərin şəffaf, demokratik keçiriləməsi üçün bütün məntəqələrdə hər cür şərait yaradılıb.
101 saylı Göygöl-Daşkəsən seçki dairəsin də 81 məntəqə var. Bu məntəqələrdən 51 Göygöl rayonunda, 30-u isə Daşkəsən rayonun da yerləşir. Səhər saatlarından başlayaraq bütün məntəqələrdə seçici fəallığı müşahidə olunur.
Dairə üzrə 45 min 529 seçici qeydiyyatdadır ki, bunlardan 35 min 50-i Göygol, 7 min 18 nəfəri isə Daşkəsən rayon sakinləridır. Seçicilərdən 51 faizi qadın, 49 faizi isə kişidir. 9 məntəqədə seçkini izləmək üçün veb kamera qoşulub. Dairə üzrə 634 nəfər ilk dəfə səs verib, 450 seçicinin mənzilinə isə daşınan qutu aparılıb. Yaşı 100-dən yuxarı 4 seçici seçkidə iştirak edib ki, bunlardan iksi Daşkəsən, ikisi isə Göygöl rayon sakinidir.
Dairə üzrə seçkiləri izləmək üçün 7 müxtəlif siyasi partiyadan 750 müşahidəçi seçkini izləyir. Bundan başqa dairənin 2 seçki məntəqəsin də ekzitbol müşahidəçilər də var.
102 saylı Samux Şəmkir seçki dariəsində isə 45 min 245 seçici 51 məntəqədə səs verir. Bu seçicilərdən də 38 min 510 nəfəri Samux, 6 min 735 nəfəri isə Şəmkir rayon sakinidir.
Dairə üzrə yaşı 80-100 arası olan 1268 seçici var. Həmçinin 2 nəfərin 100 yaşdan yuxarıdır. Bu seçicilərdən biri Samux rayon Alıuşağı kənd sakini Yamən Mehdiyevadır.
Hər iki dairədə keçirilən seçkilər seçki məcəlləsinin tələblərinə uyğun olaraq davam edir.
Elnur Vahidoğlu
- Baxış: 2761