• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1030
— 11.04.2018 14:51

Gəncədə ali və orta ixtisas məktəblərində təhsil alan tələbələr də prezident seçkisində iştirak ediblər

KepezTV Player

Səsverməyə yaşayış yeri Gəncədən kənarda olan seçicilər də qatılıb.Gəncənin 37 saylı Nizami 1-ci seçki dairəsinin 24 saylı məntəqəsində Tibb kollecinin tələbələri səs veriblər. 600-dən çox gəncin təhsil aldığı müəssisədə yaradılan məntəqədə digər rayonlardan olan tələblər öz hüququndan istifadə edib.

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri isə 38 saylı Nizami 2-ci seçki dairəsinin 10 saylı məntəqəsində vətəndaşlıq borcunu yerinə yetiriblər. Təhsil ocağının 5000-dən artıq tələbəsindən 1000-dən çoxu yaşadığı ünvandan qeydiyyatdan çıxma vərəqəsi alaraq Nizami yurdunda səs verib.

Gəncə Dövlət Universitetində də qeydiyyatı Gəncədən kənarda olan tələbələr səsvermədə fəallıq göstəriblər. Seçicilər 38 saylı Nizami 2-ci seçki dairəsinin 13 saylı məntəqəsində ölkənin gələcəyini həll edən səsvermədə öz namizədini seçib.

Gəncədə səsvermə zamanı ən yaddaqalan seçici isə 40 saylı Kəpəz 2-ci seçki dairəsinin 9 saylı məntəqəsində 18 yaşı bu gün tamamlanan Fərid Həsənov olub. Azərbaycan Texnologiya Universitetinin tələbəsi olan gənc Mərkəzi Seçki Komissiyasının xüsusi dəvəti ilə ilk dəfə prezident seçkisində iştirak edib.

Ümumilikdə Gəncədə 1562 nəfər ilk dəfə prezident seçkilərində səs verib.