Seçki başlayan andan etibarən əməkdaşlarımız Gəncədə seçki prosesini izləyir. Gülnar Fazilqızı şəhərdəki bir neçə seçki məntəqəsində olub. Həm özü səs verib, həm də prosesin ümumi gedişatını izləyib.
Gəncə şəhərində 4 Dairə Seçki Komissiyası üzrə 4-ü müvəqqəti olmaqla ümumilikdə 111 məntəqə fəaliyyət göstərir və bu məntəqələrin hər biri səhər saat 8-də öz qapılarını seçicilərin üzünə açıb.
Gəncədəki 37, 38, 39 və 40 saylı DSK-lar üzrə 107 daimi məntəqə fəaliyyət göstərir. Əlavə 4 məntəqə isə seçkiyə 5 gün qalmış hərbi hissələr və 2 saylı istintaq təcridxanasında yaradılıb. Səhər saatlarından başlayaraq məntəqələrdə seçici fəallığı müşahidə olunur.
Gəncə şəhərindəki 4 DSK üzrə 147 544 seçici qeydiyyatdadır və onların hər biri seçki prosesi yekunlaşanadək qeydiyyatda olduqları məntəqələrə gələrək öz səsvermə hüquqlarından istifadə edə bilərlər.
Adı seçici siyahısına daxil edilənlərin 75 528 qadınlar, 72 016 isə kişilərdir. Səsvermə hüququ olanlardan 2 nəfər 100, bir nəfər isə 102 yaşındadır. Bundan başqa əlavə olaraq yaradılan 4 məntəqədə 3325 nəfərin səs verəcək.
Gəncədə olan məntəqələrin 40-da web kameralar quraşdırılıb. Seçki prosesini 1747 yerli müşahidəçi izləyir.
Gəncədə 20-dən artıq məntəqədə exitpol keçirilir. Səsvermə prosesi Respublika üzrə bütün məntəqələrdə axşam saat 7-də başa çatacaq.
Gülnar Fazilqızı
- Baxış: 1268