Daşınan qutuların mənzillərə gətirilməsi ilə yanaşı gözdən əlil və hərəkət etməkdə çətinlik çəkənlər seçki məntəqələrinə gələrək səsverməyə qatılıb.
Görmə qabiliyyəti məhdud və əlil arabasından istifadə edən vətəndaşların Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakına şərait yaradılıb. Panduslar quraşdırılıb, görmə qabiliyyəti məhdud vətəndaşlar üçünsə, xüsusi olaraq Brayl əlifbası ilə hazırlanan bülletenlər çap olunub.
Gəncədə təxminən 15 minə yaxın səsvermə hüququ olan əlil vətəndaş qeydiyyatdadır. Hərəkət imkanları məhdud olanların təyinatı üzrə seçki məntəqələrinə sərbəst gəlməsi üçün 38 pandus quraşdırılıb.
Gözdən əlil olanların da səsverməyə qatılması üçün heç bir problem yoxdur. Bütün seçki dairələri Brayl əlifbası ilə təmin olunub.
Eləcə də yataq vəziyyətində olanlar və seçki məntəqəsinə gəlməkdə çətinlik çətənlər daşınan qutular vasitəsilə səsvermə hüququndan istifadə edib.
Fidan Muradlı
- Baxış: 1021