• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 11.04.2018 14:48

Şəmkirlilər prezident seçkilərində aktivlik nümayiş etdirir

KepezTV Player

Şəmkir rayonunda isə prezident seçkiləri ilə bağlı 4 DSK üzrə 108 məntəqə fəaliyyət göstərir. Səsvermə prosesində seçicilər yüksək aktivlik nümayiş etdirirlər. Müşahidəçilər bu saata seçkinin gedişində ciddi qanun pozuntusuna rast gəlmədiklərini bildiriblər.

98 saylı Şəmkir şəhər Dairə Seçki Komissiyasının nəzdində səsvermə 1-i qapalı olmaqla 34 məntəqədə keçirilir. Dairə üzrə qeydiyyatda olan 35786 seçicinin istədiyi namizədə rahat səs verməsi üçün bütün məntəqələrdə maksimum şərait yaradılıb.

Məzahir Əliyev – seçici: Gəldim öz istədiyim namizədə səs verdim. Heç kim təzyiq göstərmədi.

Seçicilərdən 4-nün yaşı 100-dən yuxarıdır. Onlardan biri də 108 yaşlı Savat Əhmədovadır və o, 6 saylı məntəqəyə gələrək səsvermə hüqundan istifadə edib.  98 saylı Dairə Seçki Komissiyası üzrə prosesdə ilk dəfə iştirak edənlərin sayı isə 321 nəfərdir. 12 məntəqədə seçkilərin gedişi VEB kameralar vasitəsi ilə canlı izlənilir. Bundan başqa, müxtəlif partiyaları təmsil edən 343 yerli müşahidəçi seçkilərin gedişinə nəzarət edir.

Gülnarə Əliyeva - müşahidəçi Seçkilərdə müşahidəçi kimi iştirak edirəm. Seçkilər tam şəffar və real keçir.

Abdulla Sadıqov - 98 saylı DSK-nın sədri İndiyədək heç bir qanun pozuntusu aşkar olunmayıb. Müşahidəçilərin əksəriyyəti gəlib yerlərini tutublar. Seçkilər şəffaf şəkildə davam edir.

43 523 seçinin qeydiyyatda olduğu 99 saylı Şəmkir kənd Dairə Seçki Komissiyasında isə səsvermə 1-i qapalı olmaqla 39 məntəqədə aparılır. Seçkilərin gedişi 5 məntəqədə canlı izlənilir. Həmçinin 406 müşahidəçi prosesə nəzarət edir. Dairə üzrə ən yaşlı seçiçi Dəllər qəsəbə sakini 123 yaşlı Yasəmən Qasımovadır. 359 şəxs isə ilk dəfə səs vermək hüququ qazanıb.  

Aidə Həsənova - müşahidəçi Seçkilər tam şəffaf və qanuna müvafiq qaydada keçir. Heç bir neqativ hala rast gəlinmir.

Ülkər Bağırova seçici Seçki çox şəffaf keçir. Heç bir qanun pozuculu yoxdur. Hər kəs səs vermədə iştirak edir.

100 saylı Şəmkir-Daşkəsən dairə seçki komissiyasının 29 məntəqəsində də seçicilər fəallığı ilə seçilirlər. 4 məntəqədə VEB kamera quraşdırılıb. 453 müşahidəçi səsvermə prosesinin gedişatını izləyir. Dairə üzrə seçicilərdən 10 nəfərin yaşı 100-dən yuxarı olduğu halda, ilk dəfə səs verənlər 345 nəfərdir.

Seyidəli Abbasov seçici Bu gün ilk dəfədir ki səs verdim. Səs vermə çox rahat şəkildə oldu. Öz seçimi etdim. Hər şey yaxşıdır.

Nərmin Mustafayev seçici Mən ilk dəfə seçkilərdə iştirak etdim. Çox rahat şəkildə istədiyim namizədə səs verdim.

Şəmkir rayonunda daha 7 məntəqə isə 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasının nəzdində fəaliyyət göstərir. Ümumilikdə prezident seçkilərində Şəmkir sakinləri 108 məntəqədə səs verirlər.

 

Natiq Hüseyn