Bu günə xəbərlərin oxunma sayı: 1059
— 10.04.2018 13:44

İkimərtəbəli ev yandı

KepezTV Player

Göygöldə yanğın hadisəsi qeydə alınıb. Rayonun Çaykənd kəndində ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 4 otağının, aynabəndinin yanar konstruksiyaları 150 kv.m sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​ Sumqayıt şəhərində isə “AzSamand” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.