• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 09.04.2018 23:20

Tovuzda 18 yaşlı gənci maşın vurub

Tovuz rayonun da piyadanın naməlum avtomobilin vurması faktı qeydə alınıb.  Hadisə rayonun Cırdaxan kəndində baş verib. Kənd sakini 18 yaşlı  İsmayıl Rəhimovu  avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən qaçıb. Müxtəlif bədən xəsarəti alan piyada xəstəxanaya gətirilib və ona tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu