• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 09.04.2018 14:09

Temperaturun yüksəlməsi ilə Göygölə gələnlərin sayı da artıb

KepezTV Player

Havanın temperaturunun müsbətə doğru dəyişməsi füskar təbiəti ilə seçilən Göygölə gələnlərin sayına təsirsiz ötüşməyib. Ələxsus da həftəsonu tursitlərin axını daha çox Toğanalı və Çaykənd kəndlərinə olur. Burada onların istirahəti və gecələməsi üçün yaradılan imkanlardan Elton Cabbarlı danışacaq.

Göygölün rayon mərkəzini Toğanalı və Çaykəndlə birləşdirən bu yol hardasa --- km-dir. Təbiət qoynunda istirahəti üstün tutanlar bu qədər məsafə qət etməklə Kəpəz dağının ətəyində ya otel şəraitində ya da kənd sakinləri tərəfindən kirayə verilən evlərdə qala bilərlər.

 Adları keçən kəndlərdə demək olar ki hər kəs uzun müddətə vəya bir neçə günlük evlərini gələn turistlərə icarəyə verir. Qiymət isə tikilinin şəraitindən asılı olaraq dəyişir.

Ceyhun Əsgərov – kənd sakini “Yay olanda qonaqlar gəlirlər, evləri onların istəyindən asılı olaraq ucuz və baha veririk. Əgər ev tam şəraitlidirsə onun bir gününü 30-35 manata veririk. İçərisində hər bir şəraiti olmaq şərti ilə. Şəraitsiz evidə 25-30 manata veririk.”

İstirahətlərini daha komfortlu keçirmək istəyənlər isə bir qədər çox pul xərcləməli olacaq. Ərazidə fəaliyyət göstərən --- sayda otel-restoranlar bu imkanı qonaqlar üçün yaradır.

Vüsal Cabbarov – administrator “Turistlərin gəlməyi üçün burada hər bir şərait yaradılıb. Hər il kottejlərimiz mövsümdən öncə təmir olunur. Bundan əlavə turistlərin burada səmərəli istirahəti üçün müxtəlif əyləncə məkanları və idman meydançaları fəaliyyət göstərir.”

Rayonda turizmin inkişafına xidmət edəcək infrastruktur yaradılması və ərazidə otellərin inşası istiqamətində işlər aparılır. Yeni əyləncə mərkəzlərinin yaradılması da turistlərin bu bölgəni seçməsinə imkan verir.

Şərqiyyə Hümbətova -  Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin Göygöl Rayon nümayəndəsi: “Mədəniyyət və turizm nazirliyi bu məsələyə çox ciddi fikir verir, rayonda yeni turizm mərkəzlərinin otellərin tikintisi nəzərdə tutulur. Mənə elə gəlir ki, bura gələcəkdə daha çox turist axınına səbəb olacaq”

Ötən il rayona 70 mindən artıq yerli və xarici turist gəlib. Onların əksəriyyəti təbiət möcvüzəsi sayılan Göygölü də ziyarət etməmiş geri qayıtmayıblar. Bu il rayona 100 mindən çox qonağın gələcəyi gözlənilir.