• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2045
— 09.04.2018 15:57

Pravoslavlar Gəncədə Pasxa bayramını qeyd ediblər

KepezTV Player

Qərb bölgəsində yaşayan Peyğəmbər İsa Məsih tərəfdarları Səhər saatlarında Aleksandr Nevski kilsəsinə toplaşaraq günü özünəməxsus tərzdə keçiriblər. Şamlar yandırılıb, dualar oxunub, vacib dini ayinlər yerinə yetirilib. Daha sonra Şeyxülislam Allahşükür Paşazadənin və Rus Pravoslav Kilsəsi Patriarxının təbrik məktubları oxunub. Pasxa xristianların dini kitabı İncildə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır. Xristianların inancına əsasən bu hadisə təxminən 2000 il bundan əvvəl baş verib. Pasxadan sonra 50 günlük “Pasxa fəsli” adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs "Üçlük Günü" ilə başa çatır.