• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1613
— 09.04.2018 13:32

Bakıda cibgir saxlanıldı

KepezTV Player

Paytaxt polisi ictimai nəqliyyatda, həmçinin insanlarının sıx olduğu obyektlərdə cibgirlik edərək pul və qiymətli əşyalar ələ keçirən şəxsin saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Hüquq mühafizə orqanı əməkdaşlarını buna Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinə edilən şikayət sövq edib.

Polisə müraciət edən zərərçəkən apteklərdən birinə müştəri kimi daxil olan zaman içərisində 120 ABŞ dolları və 100 manat olan pul kisəsinin cibindən oğurlandığını bildirib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Abbasov saxlanılıb. Onun aptekdə törətdiyi qanunsuz əməl obyektin təhlükəsizlik kameraları vasitəsilə anbaan lentə alınıb. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları cibgirlik etməkdə təqsirləndirilən şəxsin digər qanunsuz əməllərdə iştirakını istisna etmirlər. Zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci PŞ-nə müraciət edə bilərlər.